Fernando Batista Venesuela millisinin baş məşqçi postundan qovulub. Sport24.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

 

55 yaşlı argentinalı bu vəzifəni 2023-cü ilin martından icra edirdi. Batistanın rəhbərliyi altında komanda 28 oyun keçirib, 9 qələbə qazanıb və 8 dəfə heç-heçə edib. 11 matçda isə meydanı məyus tərk edib.

 

Qeyd edək ki, venesuelalılar 2026-cı il dünya çempionatının seçmə mərhələsində 18 xal toplayaraq 8-ci pilləni tutublar ki, buna görə də final mərhələsinə vəsiqə qazana bilməyiblər. Komanda seçmə mərhələnin sonunda ardıcıl üç məğlubiyyətə uğradığı üçün ilk "7-liy"ə düşə bilməyib.