"Turan Tovuz"da yeni transfer reallaşıb. Sport24.az xəbər verir ki, komanda son olaraq Sloveniya təmsilçisi "Olimpiya"nın şərəfini qorumuş portuqaliyalı futbolçu Xorxe Silvanı heyətinə qatıb.

 

Onunla 2 illik müqavilə imzalanıb.

 

Vətənində "Sportinq" B, "Leyşoeş" və "Pasoş Fereyra" klublarının formasını geyinmiş 29 yaşlı sağ cinah müdafiəçisi Portuqaliyanın U-18, U-19 və U-20 milli komandalarının oyunçusu olub.

 

Qeyd edək ki, Xorxe Silva son mövsümdə "Olimpiya"nın heyətində 48 oyun keçirib. O, UEFA Konfrans Liqasında 13, Sloveniya çempionatında 33, Sloveniya kubokunda isə 2 oyunda meydana çıxıb.