Madrid "Real Meksika təmsilçisi "Tixuana"nın hücumameyilli yarımmüdafiəçisi Gilberto Moranı transfer etməkdə maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, İspaniya nəhəngi 16 yaşlı meksikalının hüquqlarının 50 faizinə yiyələnmək üçün 20 milyon avro təklif etməyə hazırdır.

 

Meksika klubu vunderkindlə vidalaşmağa razıdır. Lakin qiymət məsələsində fikir ayrılığı yaşana bilər.

 

Futbolçunun agenti İqnasio Ruvalkaba, futbolçunun da Avropaya köçməkdə maraqlı olduğunu təsdiqləyib.

 

Qeyd edək ki, Gilberto Mora artıq adını futbol tarixinə yazdırıb. O, böyüklər arasında beynəlxalq turnirin finalında çıxış edən ən gənc oyunçu olub. 16 yaşlı futbolçu KONKAKAF Qızıl Kubokunun həlledici matçında Meksika millisinin heyətində debüt edib. O, hazırda yeniyetmələrin dünya çempionatında çıxış edir. Mora bu mövsüm klubunda 8 oyunda 3 qol vurub və bir məhsuldar ötürmə edib.