PSJ-nin kapitanı Markinyos qış "transfer pəncərəsi"ndə klublarını dəyişə bilər. Sport24.az "L'Équipe"ə istinadən xəbər verir ki, Paris klubunun rəhbərliyi onu Səudiyyə Ərəbistanı təmsilçisinə satmağı düşünür.

 

Əvvəllər uyğun əvəzləyici olmadığı üçün Markinyosun satışı mümkün deyildi. Ancaq rəsmilərin fikirincə, ukraynalı İlya Zabarnıyın gəlişi ilə vəziyyəti dəyişib. Klubda düşünürlər ki, ukraynalı əsas mərkəz müdafiəçisi rolunu boynuna götürməyə və braziliyalını əvəz etməyə hazırdır. 

 

Qeyd edək ki, 31 yaşlı Markinyos bu mövsüm PSJ-nin heyətində 3 oyuna çıxıb və 1 qol vurub.