"Birinci hissədə rəqibin intensiv hücumlarına dözə bildik, müdafiədə boşluq vermədik və hücumlar qurduq". Sport24az xəbər verir ki, bu sözləri U-21-in baş məşqçisi Rəşad Eyyubov deyib.

 

O, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Karvinada Çexiya yığması ilə keçirilən oyunu (0:5) şərh edib:

 

"İlk qolu da fasiləyə az qalmış buraxdıq. Halbuki həmin ana qədər rəqib qeyri-adi nəsə etmirdi. Ancaq ikinci hissədə, xüsusən də, 55-ci dəqiqədən sonra intensivliyə dözə bilmədik". 

Eyyubov bildirib ki, millidə bir oyuna hazırlaşmaq üçün maksimum 4-5 gün vaxtları olur:

 

"Yenə də problemin fiziki duruma bağlı olduğunu düşünmürəm. Sadəcə, eyni tempdə mübarizə aparmaqda sıxıntı yaşayırıq".

 

Qeyd edək ki, U-21 növbəti matçını oktyabrın 14-də evdə Şotlandiyaya qarşı keçirəcək.