"Sportinq"in hücumçusu Viktor Qyökereş sosial şəbəkə hesabında Portuqaliya klubunu silib. Sport24.az xəbər verir ki, bu barədə "Record" nəşri məlumat yayıb.
Qyökereş daha əvvəl "Sportinq"lə 60 milyon avro ödəyəcək klubun olacağı halda, onun gedişinə mane olmayacağı ilə bağlı anlaşıb. Lakin klub sonradan vədi pozub və indi isveçli hücumçunu transfer etmək istəyən klublardan azı 80 milyon avro tələb edir. Bu isə tərəflər arasındakı anlaşmanı pozub. Qyökereş buna görə kluba etiraz edir.
İsveçli futbolçu başa çatan mövsümdə 52 oyunda 54 qol vurub.