"Qarabağ"da ayrılıq gerçəkləşib. Sport24.az xəbər verir ki, Azərbaycan çempionu Yassin Benzia ilə yollarını ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Əlcəzairli yarımmüdafiəçinin Ağdam təmsilçisi ilə müqaviləsi başa çatıb.
Qeyd edək ki, Yassin Benzia 2023-cü ilin yanvar ayından "Qarabağ"da çıxış edirdi. Əlcəzair millisinin üzvü bu müddət ərzində komandanın heyətində meydana çıxdığı 104 rəsmi matçda 28 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb.