"Atletik"in gənc ulduzu Niko Uilyams karyerasını "Barselona"da davam etdirə bilər. Sport24.az xəbər verir ki, "blauqrana" uzun müddətdir Nikonun transferində israrlıdır.
Klub 22 yaşlı vingeri oyun tərzinə görə çox bəyənir. Yaxın həftələrdə tərəflər arasında razılıq əldə oluna bilər. Uilyams özü də "Barsa"ya keçidə müsbət yanaşır.
Qeyd edək ki, Niko Uilyams 2021-ci ildən "Atletik"də çıxış edir. Bu müddətdə 167 matçda meydana çıxıb, 31 qol və 30 məhsuldar ötürmə müəllifi olub. Eyni zamanda o, klubla İspaniya kubokunda qələbə qazanıb. "Transfermarkt" portalına əsasən Nikonun dəyəri 70 milyon avrodur.