"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola "Kristal Pelas"ın yarımmüdafiəçisi Adam Uorton haqda danışıb. Sport24.az xəbər verir ki, ispaniyalı mütəxəssis 21 yaşlı futbolçu barədə xoş sözlər deyib:

 

"Əla yarımmüdafiəçidir. Çempionatdan Premyer Liqaya keçəndən sonra böyük təsir bağışladı. O, əladır, həqiqətən də yaxşı oyunçudur".

 

"Mançester Siti" – "Kristal Pelas" matçı aprelin 12-si saat 15:30-da start götürəcək.