"Mançester Siti"nin baş məşqçisi Xoesp Qvardiola yeni rekorda imza atıb. Sport24.az xəbər verir ki, ispaniyalı mütəxəssis buna İngiltərə Premyer Liqasının XXVI turunda "Vest Hem"ə qələbədən (2:1) sonra nail olub.

Bu, Qvardiolanın Mançester təmsilçisindəki 200-cü qələbəsi olub. Bunun üçün ona 273 matç lazım olub.

Qvardiola İngiltərə Premyer Liqasının baş məşqçiləri arasında bu sayda qələbəni ən qısa müddətdə qazanıb. O, 200 qələbə üçün 309 oyun keçirən Joze Mourinyonun rekordunu yeniləyib.