"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva mövsümün sonunda komandadan ayrılacaq. Sport24.az "Sky Sports"-a istinadən xəbər verir ki, bu barədə "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola açıqlama verib. 

 

31 yaşlı portuqaliyalı futbolçunun "Mançester Siti" ilə müqaviləsi 2026-cı ilin iyun ayında bitir. Silva 2017-ci ilin yayından İngiltərə klubunun formasını geyinir.

 

Qeyd edək ki, bir müddət əvvəl Qvardiolanın köməkçisi Lijnders mətbuata açıqlamasında Silvanın komandadan ayrılacağını bildirmişdi.