Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Sport24.az  xəbər verir ki, iclasda Misli Premyer Liqasının 7-ci turunda "Qəbələ" - "Qarabağ" oyununda qonaq komandanı baş məşqçisi Qurban Qurbanovun qırmızı vərəqə alması ilə bağlı da qərar verilib. 

Belə ki, Qurbanov 2-ci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Qarabağ” 1000 manat cərimə edilib. O, Premyer Liqada növbəti turda - sentyabrın 29-da "Sumqayıt"la "Azərsun Arena"dakı matçda "texniki zona"da ola bilməyəcək. 

“Qarabağ”ı futbolçusu Kevin Medina isə Qəbələdəki görüşdə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, klubu 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.