İspaniya "Qranada"sının yeni baş məşqçisinin kim olacağı müəyyənləşib. Sport24.az xəbər verir ki, La Liqa təmsilçisini Xose Ramon Sandoval çalışdıracaq.

 

Mütəxəssislə razılıq əldə olunub. Yaxın müddətdə tərəflər müqaviləni rəsmiləşdirəcəklər.

 

Qeyd edək ki, "Qranada" La Liqanın turnir cədvəlində 19-cu pillədə qərarlaşıb.