2021-ci ilin dünyanın ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatının sahibi müəyyənləşib. Sport24.az xəbər verir ki, mükafatın bu ilki qalibi Argentina millisinin və PSJ-nin futbolçusu Lionel Messi olub.

Bununla da 34 yaşlı argentinalı hücumçu 7-ci dəfə "Qızıl top"u qazanıb.

"Bavariya"nın polşalı hücumçusu Robert Levandovski 2-ci, İtaliya millisinin və "Çelsi"nin yarımmüdafiəçisi Jorjinyo isə 3-cü yerə layiq görülüb.

 

İlk 10-luq 

1. Lionel Messi - Argentina, PSJ

2. Robert Levandovski - Polşa, "Bavariya"

3. Jorjinyo - İtaliya, "Çelsi"

4. Kərim Benzema - Fransa, "Real"

5. Nqolo Kante - Fransa, "Çelsi"

6. Kriştiano Ronaldo - Portuqaliya, "Mançester Yunayted"

7. Məhəmməd Salah - Misir, "Liverpul"

8. Kevin De Brüyne - Belçika, "Mançester Siti"

9. Kilian Mbappe - Fransa, PSJ

10. Canluici Donnarumma - İtaliya, PSJ

Qeyd edək ki, "Qızıl top" mükafatı "France Football" nəşri tərəfindən təsis edilib. Mükafatının qalibi dünyanın 96 jurnalistinin səsverməsi nəticəsində bəlli olur. Adıçilən nəşri koronavirus pandemiyasına görə ötən il mükafatı heç bir oyunçuya verməyib. Bunadək son olaraq - 2019-da da həmin mükafatı Messi qazanmışdı.