UEFA Ermənistan Futbol Federasiyasını cərimələyib. Sport24.az xəbər verir ki, buna UEFA Millətlər Liqasının noyabrın 14-də İrəvanda keçirilmiş Ermənistan - Farer adaları matçında yaşananlar səbəb olub.
Meydan sahibləri azarkeşlərin görüşdə atəşfəşanlıq etməsinə görə 20000 avro ödəməli olacaq.
Ermənistan Futbol Federasiyası "idman tədbirinə yararsız mesaj göndərilməsi" səbəbindən isə 17500 avro cərimələnib.
Qeyd edək ki, oyun Farer adaları yığmasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.