"Real"ın baş məşqçisi Alvaro Arbeloa La Liqada "Espanyol"a qalib gəldikləri oyunu şərh edib. Sport24.az xəbər verir ki, mütəxəssis "Marca"ya açıqlamasında 2:0 hesabıyla bitən matçla bağlı bunları deyib:

 

"Qol buraxmamağımız yaxşıdır. Qələbəyə görə çox sevinirəm. Bütün üstünlük bizdə idi və layiq olduğumuz xalları qazandıq.

 

Qarşıdan "El Klasiko" gəlir. "Barselona" kimi güclü rəqibə qarşı oynayacağıq. Azarkeşlərimiz üçün də mühüm oyundur. Matça qədər yaxşı bərpa keçib, ciddi hazırlaşmağa çalışacağıq".

 

"Barselona" – "Real" oyunu mayın 10-da keçiriləcək. "Barselona" bu matçda məğlub olmazsa, La Liqada çempionluğunu rəsmiləşdirəcək.