Polşalı mütəxəssis Mixal Probej Qazaxıstan millisinin yeni baş məşqçisi olacaq. Sport24.az xəbər verir ki, bu barədə "Kanał Sportowy" telekanalında efirə gedən "Moc Futbolu" verilişində jurnalist Mateuş Borekin məlumat verib.
Talqat Baysufinov hazırda milli komandanın müvəqqəti baş məşqçisidir. Ona qədər isə bu funksiyanı Alı Alıyev yerinə yetirib.
Qeyd edək ki, Probej bu ilin yayında Polşa millisinin baş məşqçisi postunu tərk edib. O, Polşa yığmasında işlədiyi dönəmdə Robert Levandovskini kapitan sarğısından məhrum etməklə yadda qalmışdı.