FIFA milli komandaların oyunları ilə bağlı təqvimdə dəyişiklik edib. Sport24.az xəbər verir ki, ali futbol qurumu 2026-2030-cu illər arasında yığmaların oyunlarının təqvimini təsdiqləyib.

 

Bu barədə "The Athletic" nəşri məlumat yayıb.

 

Sentyabr və oktyabr aylarında olacaq matçlar birləşdiriləcək. Belə ki, ölkə çempionatlarında 3 həftəlik fasilə yaranacaq və milli komandaların oyunları baş tutacaq.

 

Qeyd edək ki, hazırda sentyabr və oktyabr ayında millilər seçmə mərhələ oyunları keçirir.