"Napoli"nin yarımmüdafiəçisi Stanislav Lobotka karyerasını İngiltərədə davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Mançester Yunayted" slovakiyalı futbolçunu heyətinə qatmaq üçün hərəkətə keçib.
Xəbərdə, Premyer Liqa təmsilçisinin bu transfer üçün lazım olan məbləği ödəməyə hazır olduğu bildirilib.
Xatırladaq ki, 30 yaşlı oyunçunun İtaliya klubu ilə hazırkı müqaviləsinin müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, karyerası ərzində "Trençin", "Yonq Ayaks", "Nordşelland" və "Selta" klublarında çıxış edib və 2020-ci ildə "Napoli"yə keçib.
Qeyd edək ki, "Napoli" və "Qarabağ" arasındakı Çempionlar Liqasının 5-ci tur matçı noyabrın 25-də keçiriləcək.