AFFA-nın bayrağı altında təşkil edilən U-15 Liqasında IV turun oyunları keçirilib. Sport24.az bildirir ki, A Liqasında "Qarabağ" "Ulduz"a qalib gəlib - 2:1. Qolları "Qarabağ"dan Murad Əlizadə (32) və Abbas Məmmədli (73) vurublar.

 

"Ulduz"un heyətində Rəsul Qurbanlı (77) fərqlənib.

 

Lider "Neftçi" isə "Şamaxı"nı darmadağın edib – 5:0. Qolları Sultan Orucov (30, 45, 48) və Sübhan Əlizadə (58, 64) vurublar.

 

Digər liqalarda aşağıdakı nəticələr qeydə alınıb:

 

B Liqası
"Araz-Naxçıvan" – "Neftçi" İK İB – 0:5
Qollar: Nizaməddin Əliyev, 8; Fərid Yarəliyev, 31, 61; İbrahim İbrahimli, 70; Röyal Əsgərzadə, 79
"Qəbələ" – "Sabah" – 1:7
Qollar: Emil Məmmədov, 72 (pen.) - Nasir Baxışlı, 11; Həsən Ramazanov, 15, 28, 41; Əliəkbər Əlizadə, 20; Həsən Məhmədov, 49; Murad Məmmədzadə, 78

 

C Liqası
"Turan Tovuz" – "İmişli" – 4:0
Qollar: Əkbər Əzizli, 29; İsmayıl Qurbanov, 39; Ümid Niyazov, 45; Məsim Həsənzadə, 60
"Kəpəz" – "Sumqayıt" – 0:3
Qollar: Murad Məmmədov, 23, 66; Mirturan Muxtarzadə, 72

 

D Liqası
"Dinamo" (Bakı) – "Zirə" – 0:7
Qollar: Riad Məhərrəmli, 41; Əli Hüseynov, 55; İbrahim Əliyev, 59, 61; Ruslan Ələskərli, 70; Sənan Nəbiyev, 76; İbrahim Əsgərli, 79
"Xudat City" – "Xocalı" – 1:3
Qollar: Şərafəddin Qəniyev, 39 - Ümid Fərzəli, 35; Aqil Abbas, 60; Yusif Hüseynli, 76

 

Bombardirlər siyahısna hərəyə 6 qol vurnuş Ramil İsmayıllı ("Karvan-Yevlax") və Sultan Orucov ("Neftçi") başçılıq edirlər.