"Qarabağ"ın sabiq qapıçısı, hazırda Moskva "Dinamo"sunun qapıçısı Andrey Lunyov Çempionlar Liqasının əsas mərhələsinin ilk iki turunda "Benfika" (3:2) və "Kopenhagen"i (2:0) məğlub etdikləri oyunlardan danışıb. Sport24.az xəbər verir ki, Lunyov bununla bağlı "Championat.ru"ya açıqlama verib:

 

"Qarabağ"ın nəticəsi tamamilə gözlənilən idi. Afərin. Onlar öz fəlsəfələrindən əl çəkmirlər və bu, öz bəhrəsini verir".

 

Qeyd edək ki, Lunyov ötən mövsüm "Qarabağ"ın formasını geyinib.