"Gəncə" daha bir basketbolçu ilə anlaşıb. Sport24.az xəbər verir ki, bu barədə "sarı-göylər"in mətbuat xidməti məlumat yayıb.

 

Nazar Quliyev heyətə cəlb olunub. 23 yaşlı oyunçu ilə mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.

 

Qeyd edək ki, Quliyev yeni komandasında 22 nömrəli formanı geyinəcək. Onun son klubu "Naxçıvan" olub.