"Gəncə" klubu heyətinə ABŞ-dan olan daha bir basketbolçu qatıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Kori Rivs bu mövsümün sonuna qədər "sarı-göylər"in formasını geyinəcək.

 

Qeyd edək ki, 27 yaşlı oyunçu son olaraq Albaniyanın "Beselidja" komandasında çıxış edib.