21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçi vəzifəsi müvəqqəti olaraq Rəşad Eyyubova həvalə olunub. Sport24.az xəbər verir ki, Fərid Namazov isə köməkçi məşqçi kimi fəaliyyət göstərəcək.

 

U-21 komandamız əsas millimizin ehtiyat bazası hesab olunur. Bu səbəbdən U-21-in məşqçi korpusu əsas millinin baş məşqçisi Ayxan Abbasov və onun köməkçiləri ilə daim sıx iş birliyində çalışacaq.

 

Məqsəd gənc oyunçuların gələcəkdə əsas milliyə daha hazırlıqlı şəkildə qoşulmalarına şərait yaratmaqdır.