Bu gün III MDB Oyunları çərçivəsində 4 idman növü üzrə yarışlar keçiriləcək. Sport24.az xəbər verir ki, Şəkidə çövkən üzrə qızıl medal uğrunda matçda Azərbaycan və Özbəkistan milliləri üz-üzə gələcək.
Şəkidə həmçinin bədii gimnastika yarışları davam edəcək.
Gəncə İdman Sarayında isə qılıncoynatma yarışlarının qalibləri müəyyənləşəcək.
Gəncə Olimpiya İdman Kompleksində yunan-Roma güləşi üzrə yarışların mükafatçılarına aydınlıq gələcək.
Qeyd edək ki, III MDB Oyunlarına sabah yekun vurulacaq.