"Fənərbağça"nın futbolçusu Kerem Aktürkoğlu karyerasını İtaliyada davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
"Roma" klubu hücumçunun transferində maraqlıdır.
İtaliya təmsilçisinin baş məşqçisi Can-Pyero Qasperini rəhbərlikdən Keremin heyətə cəlb edilməsini istəyib.
27 yaşlı futbolçu 2025-ci ildən "Fənərbağça"nın formasını geyinir.