“Qarabağ”ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Lex" yeni mövsüm öncəsi sonuncu yoxlama oyunu keçirəcək.

Sport24.az Polşa təmsilçisinin saytına istinadən xəbər verir ki,  Poznan klubu “Yagelloniya” ilə qarşılaşacaq. İyunun 28-də keçiriləcək  matç media və azarkeşlər üçün qapalı olacaq.

Xatırladaq ki, "Lex" bundan əvvəl iki yoxlama oyununda "Vidzev"ə 1:2, "Poqon"a isə 0:1 hesabı ilə uduzub.

“Qarabağ” iyulun 5-də səfərdə "Lex"lə qarşılaşacaq. Bu komandalar arasında cavab görüşü isə bir həftə sonra Bakıda olacaq.