"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "Bayer" öz tarixinin rekorduna imza atıb. Sport24.az xəbər verir ki, Leverkuzen təmsilçiis buna Bundesliqanın VI turunda “Maynts"a 5:0 hesabı ilə qalib gəlməklə nail olub.

Bununla da Xabi Alonsonun komandasi yei mövsümdə xallarının sayını 16-ya çatdırıb - 5 qələbə, 1 heç-heçə. Nəticədə "Bayer" tarixində ilk dəfə Bundesliqanın ilk 6 turunda bu sayda xal toplamağı bacarıb.

Qeyd edək ki, "Bayer"lə "Qarabağ" arasındakı ilk matç III turda - oktyabrın 26-da Leverkuzendə keçiriləcək.