"Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqiblərinən olan "Frayburq"un və "Nant"ın oyunçuları UEFA Millətlər Liqası matçlarında iştirak ediblər. Sport24.az xəbər verir ki, Bundesliqa təmsilçisindən Almaniya millisinə yalnız Mattias Ginter çağırıb. Amma bu təcrübəli müdafiəçi həm Macarıstana 0:1 uduzduqları, həm də İngiltərə ilə 3:3 qaldıqları oyunda sonadək ehtiyatda qalıb. Almanlar A Divizionda öz qrupunda 3-cü olub. 

"Frayburq"un qapıçısı Mark Flekken Niderland millisinə çağırılıb. Amma o da Polşaya səfərdə 2:0, həm də Beliçkaya evdə 1:0 qalib gəldikləri görüşü ehtiyat oyunçular skamyasından izləyib. Niderland A Divizonunda qrup qalibi kimi "Dördlər finalı"nda oynamaq imkanı qazanıb.

"Frayburq"dan milliyə dəvət alan iki oyunçu avstriyalılar - müdafiəçi Filip Linhart və hücumçu Mihael Qreqoriç olublar. Fransayla səfərdə 0:2 hesabyla uduzduqları görüşdə Filip 90 dəqiqə çıxış edib. Mihael isə 64-cü dəqiqədə oyuna daxil olub. Xorvatiya ilə evdə görüşən Avstriya 1:3 hesabıyla yenilib. Linhart sonadək ehtiyatda yer alıbsa, bu dəfə Qreqoriç start heyətində meydana çıxaraq 82-ci dəqiqədə əvəzlənib. Avstriyalılar qrup sonuncusu olaraq B Divizionuna düşüblər.

Bundesliqa təmsilçisinin daha bir futbolçusu isə İtaliya millisinə dəvət olub. Amma hücumçu Vinçentso Qrifo İngiltərəyə evdə 1:0, Macarıstana səfərdə 2:0 qalib gəldikləri oyunda şans qazanmayıb. Italiya qrup qalibi kimi "Dödlər finalı"na vəsiqə qazanıb.

"Frayburq"un iki futbolçusu Asiya yığmalarının üzvləri kimi çağırılıb. Bunlar yarımmüdafiəçilər Ritsu Doan və Vu-Yon Çonqdu. Doan Yaponiyanın ABŞ-a 2:0 hesabıyla qalib gəldiyi yoldaşlıq görüşünün 68-ci dəqiqəsində oyuna daxil olub. Çonq isə Kosta-Rika ilə 2:2 hesabıyla bərabərliyə qaldıqları yoldaşlıq görüşündə ilk 66 dəqiqədə çıxış edib. 

"Qarabağ"ın qarşılaşdığı digər rəqib "Nant" futbolçularından yalnız bir futbolçu milliyə dəvət alıb. Belə ki, Alban Lafont Fransa yığmasının kapitanı olan əsas qapıçısı Uqo Lyorisin zədələnməsinə görə 3-cü qapıçı kimi çağırılıb. Fransa ilk görüşdə evdə Avstriyaya 2:0 qalib gəlibsə, ikinci oyunda səfərdə Danimarkaya həmin hesabla məğlub olub. Alban bu matçları ehtiyatda keçirib. 

Xatırladaq ki, "Qarabağ" "Nant"a Bakıda 3:0 hesabıyla qalib gəldiyi matçda hər 3 qolu məhz Lafonta vurub. Almaniyada 1:2 hesabıyla uduzduqları matçda isə ağdamlıları "Frayburq"un məhz milli üzvləri məyus ediblər. Belə ki, Qrifo 7-ci dəqiqədə penaltidən hesabı açıb, bundan 8 dəqiqə Doan komandasının üstünlüyünü 2:0 edib.