"Qarabağ"ın Avropa Liqasındanın qrup mərhələsindəki son turdakı rəqibi olacaq "Hekken"də baş məşqçi Per-Matias Hoqmo vəzifəsindən gedəcək. Sport24.az xəbər verir ki, "süvarilər"lə görüş 64 yaşlı norveçli mütəxəssisin İsveç təmsilçisi ilə son matçı olacaq.

Bu barədə Hoqmo özü açıqlama verib. Belə ki, o, bundan sonra Yaponiyada çalışaraq, "Urava Red" klubunun "sükanı arxası"na keçəcəyini vurğulayıb.

Xatırladaq ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Hakken" oyunu saat 21:45-də başlayacaq. Azərbaycan təmsilçisi xalı olmayan rəqibi üzərində qələbə qazanacağı halda, 2-ci pilləni tutaraq Avroliqanın pley-off mərhələsinə yüksələcək.