"Qarabağ"ın Çempionlar Liqasının Əsas mərhələsindəki rəqibi "Lipverpul" bir ilkə imza atıb. Sport24.az xəbər verir ki, "qırmızılar" yay "transfer pəncərəsi"nin ən bahalı 3 transferini həyata keçirib.

 

"Transfermarkt" portalının məlumatına görə, birinci yerdə Aleksandr İsak (144 milyon avro), ikinci yerdə Florian Virts (125 milyon), üçüncü yerdə isə Juqo Ekitiku (95 milyon) qərarlaşıb.

 

Bununla da "Liverpul" tarixdə bir "transfer pəncərəsi"ndə iki futbolçuya görə 100 milyon avrodan çox pul ödəyən ilk komanda oldu.