Avropa Liqasının əsas mərhələsində "Qarabağ"ın rəqibi olan Fransanın "Lion" klubu çətin durumdadır. Sport24.az xəbər verir ki, klub maliyyə cəhətdən çətin günlər yaşayır.
Klub xəzinəsini doldurmaq üçün müxtəlif addımlara, o cümlədən 75 milyon avro dəyərində qiymətləndirilən səhmlərin bir hissəsinin
İngiltərənin "Kristal Pelas" klubuna satılmasına, həmçinin bir sıra futbolçuların satılacağına ümid edir.
"Qarabağ" - "Lion" matçı noyabrın 28-də, Bakıdakı Tofiq Bəhramov adına stadionda keçiriləcək və saat 21:45-də başlayacaq.