"Dinamo"nun hücumçusu Matvey Ponomarenko Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda "Qarabağ" üzərində 1:0 hesablı qələbə ilə bağlı təəssüratlarını bölüşüb. Sport24.az xəbər verir ki, komandasının qələbə topunun müəllifi klubun saytına saytına danışıb:
"Qalib gəldiyimiz yaxşıdır. Amma çoxlu səhvlər etdik ki, onları düzəltməliyik. Düşünürəm ki, topla daha çox oynamalıyıq. Bunun üzərində işləyəcəyik. Bu gün qalib gəldiyimizə sevinirik. Komanda növbəti oyuna yaxşı əhval-ruhiyyədə hazırlaşacaq. Bakıda da qalib gələcəyimizə və irəli gedəcəyimizə inanıram".
Forvard fərqləndiyi epizod barədə də fikirlərini bölüşüb:
"Meydanın mərkəzində topu ələ keçirdiyimizi gördüm və sürətli əks-hücum üçün yaxşı imkan yarandı. Topun mənə tərəf gəldiyini gördüm, qol vura biləcəyimi hiss etdim, qaçdım və onu qapıya göndərdim. Allaha şükür, top içəri girdi və qolsuz seriyamı qırdım. Ümid edirəm ki, bu oyun mənim üçün bir irəliləyiş olacaq və hər oyunda rəqibin belə səhvlərindən fərqlənəcəm. Baş məşqçi qola və oyun görə təşəkkür etdi".
Qeyd edək ki, tərəflər arasında cavab qarşılaşması avqustun 13-də Bakıda keçiriləcək.