Türkiyənin “Qalatasaray” klubunun 2 üzvündə koronavirus aşkarlanıb. Sport24.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə, virusa yoluxanlardan birinin futbolçu, digərinin isə işçi olduğu bildirilib.