"Fulhem"in futbolçusu Rayan Sessenyon karyerasını Türkiyədə davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Qalatasaray" 25 yaşlı cinah oyunçusunun xidmətində maraqlıdır.

 

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.


Sessenyon 2024-cü ilin yayından "Fulhem"də çıxış edir. O, bu mövsüm Premyer Liqada 25 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə edib. 25 yaşlı futbolçunun "transfermarkt"da dəyəri 20 milyon avrodur.