Markos Senesi "Bornmut"dan ayrılmaq qərarına gəlib. Amma o, Premyer Liqada qalmaq niyyətindədir. Sport24.az xəbər verir ki, 28 yaşlı argentinalı qarşıdakı həftələr ərzində aldığı təkliflərdən birini dəyərləndirəcək.

 

Müdafiəçi daha iddialı klubda oynamaq istəyir.

 

2022-ci ilin yayında "Feyenoord"dan 15 milyon avroya transfer olunan Senesi İngiltərə klubu ilə 4 illik müqavilə bağlamışdı. O, tezliklə azad agent olacaq və "Bornmut"un anlaşmanın müddətini uzatmaqla bağlı təklifini qəbul etməyib.