"Çelsi" futbolçusu Enzo Fernandesi bağışlayıb. Sport24.az xəbər verir ki, bir müddət əvvəl "Real"da oynamaq istəməsi ilə bağlı açıqlama verən yarımmüdafiəçi yenidən komandaya qoşulub.

 

Bu barədə baş məşqçi Liam Rosenyor yerli mətbuata açıqlamasında deyib:

 

"Enzo ilə danışdıq. O, komandanın liderləri ilə də söhbət etdi və problem həll olundu".

 

"Çelsi" argentinalı futbolçunu qeyri-etik açıqlamasında görə iki həftəlik heyətdən kənarlaşdırmışdı.

 

Enzo bu mövsüm Premyer Liqada 30 oyunda 8 qol vurub, 3 məhsuldar ötürmə edib.