"Roma" mövsümün yekunundan asılı olmayaraq hücumçu Donyell Malenin müqaviləsini "Aston Villa"dan alacaq. Sport24.az xəbər verir ki, bu barədə "La Gazetta dello Sport" məlumat yayıb.
Niderlandlı futbolçu bu qış "canavarlar"a 2 milyon avroya icarəyə verilib. İcarə müqaviləsində 25 milyon avroluq alış seçimi də var. Bu seçim "Roma" Çempionlar Liqasına vəsiqə qazanarsa və ya Malen klubun oyunlarının 50 faizini oynayarsa məcburidir. Hhəmçinin Malenin sonrakı satışından əldə edilən gəlirin 10 faizi "Aston Villa"ya çatacaq.
Mənbənin sözlərinə görə, mövsümün nəticəsindən asılı olmayaraq "Roma" hücumçunun transferində maraqlıdır. İtaliya klubu Malen ilə 2030-cu ilin yayına qədər müqavilə imzalamağı planlaşdırır.
Qeyd edək ki, forvard "Roma"nın heyətində bütün turnirlərdə 14 oyunda iştirak edib, 11 qol vurub və 1 məhsuldar ötürmə edib.