"Liverpul" ciddi itki ilə üzləşib. Sport24.az xəbər verir ki, İngiltərə klubunun qolkiperi Alisson Bekker zədələnib.
Braziliyalı qapıçı Çempionlar Liqasının 2-ci turunun "Qalatasaray"la(1:0) səfər görüşündə sıradan çıxıb.
Onu 58-ci dəqiqədə Giorgi Mamardaşvili əvəzləyib.
Alissonun İngiltərə Premyer Liqasının 7-ci turunun "Çelsi" ilə görüşündə meydana çıxmayacağı məlum olub.