"Kəpəzfan_club zona 20"nin rəhbəri Kərim Quliyev Sport24.az-ın suallarını cavablandırıb.

 

- İlk olaraq fəaliyyətinizlə bağlı danışmağızını istərdik. Necə oldu bu fan klubu yaratdınız?
- İlk olaraq fan klubumuzun Gəncəyə və "Kəpəz"ə xeyirli olmasını diləyirəm. Bizim məqsədimiz komandanın adını daha ucalara daşımaq, Azərbaycan futboluna yaxşı mənada töhfə verməkdir.

 

- Yəqin ki, komandanın hazırkı durumu sizi də qane etmir...
- Əlbəttə! Bir azarkeş olaraq hazırkı vəziyyət bizi dərindən düşqndürür. Amma nəzərə almaq lazımdır ki, bu yeni qurulmuş kollektivdir. Fanat olaraq komandamıza inanırıq, güvənirik. Bu durumdan çıxa bilərik. Ümid edirik ki, klubumuz yaxşı yerlərə gələcək.

 

- Komandanın hələlik baş məşqçisi də yoxdur...
- İnşallah yaxın günlərdə bilinməlidir. Yerli və ya xarici, adın önəmi yoxdur. Dəstək olmalı, əl-ələ verməli və komandanı bu vəziyyətdən çıxarmalıyıq. Biz də bu yöndə dəstək verəcəyik.

 

- Klub rəhbərliyi ilə görüşməyi planlaşdırırsınız?
- Görüşmüşük. Fəaliyyətimizlə bağlı yaxşı mənada dəstək olurlar. Bizim niyyətimiz "Kəpəz"ə dəstək verməkdir. Yaxın günlərdə yeni formalarımız və bayraqlarımız gələcək. Tribunalarda azarkeş kimi nümunə olacağıq. Buna söz veririk.