Qərarı normal qarşıladım. 7 ildi futbolda fasiləsiz çalışıram. Cəza yerinə düşdü, istirahətə ehtiyacım var idi".
Bu sözləri Sport24.az-a açıqlamasında II Liqada çıxış edən "Şəki Siti" komandasının rəsmisi Elgün Hüseynov deyib.
AFFA İntizam Komitəsi qərarına əsasən 6 aylıq futboldan uzaqlaşdırılan klub rəsmisi qərara münasibət bildirib:
"Qərarla bağlı şikayət verməyi düşünmürəm. Arayışları işləyərkən yanlışlıqlara yol vermişik, bu da yerində verilən cəzadı. 6 aydan sonra futbolla bağlı fəaliyyətimi davam etdirəcəm. Futboldan uzaqlaşmağı ağlımdan belə keçirmirəm".
Qeyd edək ki, Hüseynov bəzi futbolçuların sənədlərini düzgün təqdim etmədiyinə görə 6 aylıq futboldan uzaqlaşdırılıb.