"Benfika" ilə oyundan sonra futbolçular və futbol ictimaiyyəti tərəfindən "Qarabağ"a xüsusi inam yaranıb ki, hər bir rəqibdən xal almaq olar". Bunu Sport24.az-a açıqlamasında Arif Əsədov deyib.

 

Təcrübəli mütəxəssis UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda bu gün baş tutacaq oyunla bağlı fikirlərini bölüşüb:

 

"Bu gün təmsilçimizin qalib gəlmək şansları çoxdur, amma bir xal da qazana bilər. Doğma meydanda oynayırıq, azarkeş dəstəyi xüsusi rol oynayacaq. Bu, hər zaman "Qarabağ"a təkan olub. Sadəcə, heyətdə Marko Yankoviçin olmamağı böyük itkidir. Yankoviç komandanın əsas simalarından biridir. "Qarabağ"ın fəlsəfəsi komanda oyunu olduğu üçün kiminsə heyətdə olmamağı böyük bir problem yaratmır. Çünki əsas sistem işləyir. Yankoviçi əvəz edəcək futbolçular elə oynayacaq ki, "Qarabağ"ın ümumi oyun planına təsiri müsbət olacaq. İnanıram Ağdam təmsilçisi rəqibi üstələyib qalib gələcək".

 

Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" matçı bu gün, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.