"Qalatasaray"ın futbolçusu Dris Mertenə daha bir təklif gəlib. Sport24.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi sabiq komandalarından birinə geri qayıda bilər.

 

Mertensə "Utrext"dən təklif gəlib. 37 yaşlı futbolçunun Türkiyəni tərk edib-etməməsi mövsümün sonunda dəqiqləşəcək.

 

Onun "Qalatasaray"la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. Mertens 2009-2011-ci illərdə "Utrext"də çıxış edib.