"Qalatasaray"ın legioneri Mario Lemina karyerasını yenidən İtaliyada davam etdirə bilər. Sport24.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi "Torino"nun maraq dairəsindədir.

 

Turin təmsilçisi qabonlunu bu yay heyətinə qatmağı planlaşdırır. Artıq italiyalılar "Qalatasaray"a müraciət edib.

 

Qabon millisinin üzvünün Türkiyə çempionu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, karyerası ərzində "Loryen", "Marsel", "Yuventus", "Southempton", "Fulhem", "Nitsa", "Vulverhempton" klublarında çıxış edib.