"Qalatasaray"ın futbolçusu Yusuf Demir İspaniyaya qayıda bilər. Sport24.az xəbər verir ki, 22 yaşlı futbolçu "Ovyedo"nun transfer siyahısında yer alıb.

 

İspaniya La Liqasına geri dönən klub Yusufu bir illik icarəyə götürmək niyyətindədir.

 

Onun "Qalatasaray"la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

 

Avstriya millisinin üzvü 2022-ci ildən bu komandada çıxış edir. Yarımmüdafiəçi "Rapid", "Barselona", "Qalatasaray", "Bazel" klublarında oynayıb.