"Şamaxı" yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir. Sport24.az xəbər verir ki, ötən mövsüm Azərbaycan çempionatını 7-ci yerdə başa vuran komanda portuqaliyalı yarımmüdafiəçi Diogo Balaunu heyətinə qatıb.

 

25 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, ki, Balau son olaraq Portuqaliyanın "Uniao Santarem" klubunda çıxış edib.