Braziliyalı hücumçu Neymar iyulun 5-də dördüncü dəfə atalıq sevincini yaşayıb. Sport24.az xəbər verir ki, bununla bağlı onun həyat yoldaşı Bruna Biankardi sosial şəbəkə hesabında paylaşım edib.
Yeni doğulmuş qız uşağına Mel adı verilib.
Təbriklərə qoşulan azarkeşlər və həmkarları "Santos"un A Seriyasında "Palmeyras"a qarşı oyun üçün (13 iyul) yeni doğulan körpənin şərəfinə artıq xüsusi pankart hazırlayıblar.
Qeyd edək ki, ulduz futbolçunun ən böyük oğlu Davi Lukka 14 yaşındadır. Onun Mavi və Maevi adlı daha iki qızı var.