"İnter" "Fluminense"nin futbolçusu Nonatonu heyətinə qatmaq istəyir. Sport24.az xəbər verir ki, "nerazzura" yarımmüdafiənin mərkəzini braziliyalı ilə gücləndirmək niyyətindədir.

 

Milan təmsilçisi Nonato üçün "Santos"a 5 milyon avro ödəməyə hazırdır.

 

Məsələ burasındadır ki, 27 yaşlı yarımmüdafiəçi 2026-cı il dekabrın 31-nə qədər "Santos"a məxsusdur. O, karyerası ərzində "Sao Kaetano", "İnternasyonal", "Ludoqorets" klublarında oynayıb.