Türkiyə Super Liqasında 32-ci tura yekun vurulub.

Sport24.az xəbər verir ki, son gündə bir oyun baş tutub.

"Qalatasaray" səfərdə "Alanyaspor"la qarşılaşıb. İstanbul nəhəngi səfərdə 4 cavabsız qolla qalib gəlib.

Hazırda 87 xala malik "Qalatasaray" vahid liderdir. "Fənərbaxça" 85 xalla 2-ci, "Trabzonspor" 52 xalla 3-cü pillədə qərarlaşıb. "Beşiktaş" və "Rizəspor"un 48, "Başakşəhər" və "Kasımpaşa"nın 46, "Sivasspor"un 44 xalı var.

Türkiyə Super Liqası
32-ci tur

15 aprel

Alanyaspor – Qalatasaray 0:4
Qollar: B.A.Yılmaz, 56; 72. Ziyeş, 61. İkardi, 83.