İvan Perişiç PSV ilə müqaviləsini uzadacaq. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano X social şəbəkə hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, 36 yaşlı xorvatiyalı ilə 2 illik müqavilə imzalanacaq. Bir müddət əvvəl futbolçu ilə "Barselona"nın maraqlandığı bildirilirdi.

 

Qeyd edək ki, vinger Eyndhoven klubuna 2024-cü ilin sentyabrında azad agent statusu qoşulub. Perişiç ötən mövsüm PSV-də 35 oyun keçirib, 16 qol vurub və 11 məhsuldar ötürmə edib.